DTX əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər FOTO/VİDEO

SİYASƏT

10 May 2022 12:35

Oxunma sayi: 479
DTX əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər   FOTO/VİDEO

Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Bu barədə DTX-nin saytı məlumat yayıb.

Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

       
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!