Dünya Müharibəsinin ANONSU: ATACMS daxil, uzaqvuran raketlər YOLDA - Kütləvi qırğına SON SAATLAR QALDI

DÜNYA

23 Aprel 2024 17:13

Oxunma sayi: 454
Dünya Müharibəsinin ANONSU:  ATACMS daxil, uzaqvuran raketlər YOLDA - Kütləvi qırğına SON SAATLAR QALDI

Birləşmiş Ştatların Nümayəndələr Palatası ABŞ-nin müttəfiqləri olan Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib. Qanun layihəsinə görə, ABŞ Ukraynaya yardım üçün 61 milyard dollar ayıracaq, İsrail 26 milyard dollar, daha 8,12 milyard dollar isə Tayvan və Hind-Sakit okean regionuna gedəcək.

ABŞ Senatı Kiyevə yardım paketini qəbul etdikdən və sənəd prezident Co Bayden tərəfindən imzalandıqdan sonra Ukrayna Birləşmiş Ştatlardan yeni silah partiyasını bir həftə ərzində ala biləcək. The Washington Post yazır ki, qanun layihəsinin təsdiqindən sonra Pentaqona yeni silahların Ukraynada cəbhə xəttinə göndərilməsi üçün bir həftədən az vaxt lazım gələcək.

Bu deyilənləri CBS telekanalına müsahibəsində ABŞ Senatı Kəşfiyyat komitəsinin başçısı Mark Uorner də təsdiq edib. O deyib ki, prezident Bayden qanunu imzaladıqdan sonra bir həftə ərzində ABŞ-ın 300 kilometrədək vuruş radiusu olan ATACMS da daxil, uzaqvuran raketlərinin Ukraynaya göndərilməsinə başlanacaq. Qanunun Senatdan keçməsi və prezident tərəfindən imzalanması artıq bu çərşənbə axşamı və ya çərşənbə günü baş verə bilər.

Azmedia.Az ABŞ mediasına istinadən xəbər verir ki, Pentaqon Ukraynaya hərbi yardım üçün silahların böyük partiyasını artıq əvvəlcədən hazırlayıb. Ukrayna prezidenti Volodimir Zelenski aprelin 22-də deyib ki, əgər Kiyev ona zəruri olan silah sistemlərini vaxtında ala bilsə, Ukrayna ordusu cəbhə xəttində təşəbbüsü ələ ala bilər. NBC telekanalına müsahibəsində Zelenski bildirib ki, bugün Ukraynanın uzaqvuran raketlərə və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

Bəs ATACMS da daxil, uzaqvuran raketlərin Ukraynaya göndərilməsi, eyni zamanda onun üçün ayrılan 61 milyarddan çox yardım paketi müharibənin gedişaatında nələri dəyişəcək?

Məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli Referans.az-a bildirib ki, Qərbin Ukraynaya ciddi dəstəyi müharibənin gedişaatını dəyişə bilər:

“Hazırda Ukraynada nəinki müasir silahlar, hətta güllələr belə çatışmır. Buna görə də, 61 milyard dollarlıq silah-sursat həm ordunun müasir silahlarla təchiz edilməsinə, həm hərbi hazırlıq səviyyəsinin yüksəlməsinə, həm də son günlər rus ordusunun fəallaşmasının qarşısını almaqda ciddi təsir göstərəcək. ABŞ-dan qabaq Avropa Birliyi Ukraynaya 67 milyard avroluq yardım paketi göndərib. Amma həmin vəsait silah-sursat üçün yox, daxili sabitliyi yaxşılaşdırmaq üçün ayrılmışdı”.

Politoloq qeyd edib ki, Almaniya hökuməti ordunun arsenalında olan “Taurus” tipli qanadlı raketlərini Ukraynaya göndərəcək.

Onun sözlərinə görə, irəliləyən zamanlarda müharibənin gedişaatının Ukraynanın xeyrinə dəyişməsi mümkündür: “Dəyişən vəziyyəti indidən görmək mümkündür. Ukraynanın yeni qələbələr qazanacağı istisna edilmir. Ukraynanın böyük bir hücumu başlayacaq və Rusiyanı sıxışdırıb çıxarma kompaniyası həyata keçiriləcək. Xüsusilə də Ukraynaya ATACMS raketləri verilərsə, ciddi mənada üstünlükər əldə edəcəyini deyə bilərik”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!