Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir YENİLƏNİB

SİYASƏT

12 May 2022 17:15

Oxunma sayi: 332
Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir   YENİLƏNİB

Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş start götürüb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. 

Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi sözügedən görüşün may ayının 13-də keçiriləcəyini iddia etmişdi.

****

Mayın 13-də Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri arasında Düşənbədə görüş keçiriləcək.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı yaxın vaxtlarda görüş keçirəcəklərini açıqlamışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!