Düşmən Gəncəyə raket atıb, 7 dinc sakin həlak olub, 28 nəfər yaralanıb

SİYASƏT

11 Oktyabr 2020 11:06

Oxunma sayi: 1134
Düşmən Gəncəyə raket atıb, 7 dinc sakin həlak olub, 28 nəfər yaralanıb

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub.

 

Azmedia.az-ın verdiyi məlumata görə, Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı yaşayış binalarına düşüb.

Nəticədə 7 nəfər həlak olub, 28 nəfər yaralanıb, infrastruktura külli miqdarda ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hazırda dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!