Düşmən ordusu bütün cəbhə boyu təslim olmaq ərəfəsindədir

SİYASƏT

17 Oktyabr 2020 21:23

Oxunma sayi: 614
Düşmən ordusu bütün cəbhə boyu təslim olmaq ərəfəsindədir

Ciddi məğlubiyyətə uğrayaraq Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib.

 

Azmedia.Az “Report”-a istinadən  xəbər verir ki, düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb.

 

Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Bununla yanaşı, cəbhədə ardıcıl məğlubiyyət iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Ordunun şəxsi heyəti arasında ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!