Düşməni qorxuya salan qazimiz VİDEO

SİYASƏT

17 Dekabr 2020 13:35

Oxunma sayi: 690
Düşməni qorxuya salan qazimiz   VİDEO

Əslən Şirvan şəhərindən olan Qənbər Salayevin döyüş yolu hələ 2016-ci ildən, Aprel döyüşlərindən başlayıb. 

 

Qəhrəman qazi öz təəssüratlarını Baku TV ilə bölüşüb. 

Q.Salayev qələbədə payı olduğu üçün sevinclidir:

“Bizim bir gözümüz sevinsə də, bir gözümüz ağlayır şəhidlərimizə görə”. 

Bir çox uğurlu əməliyyatlarda iştirak edən qazimiz Zəngilan və Xocavənd istiqamətində yüksəkliklər və postların azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak edib. 

Zəngilan istiqamətində döyüş əməliyyatı yerinə yetirən zaman qazimizin və əsgər yoldaşlarının yaxınlığına düşmən mərmisi düşüb və nəticədə, Qənbər Salayev iki ayağından və onurğasından qəlpə yarası alıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!