Düşməni susdurmaq üçün canından keçən Elşən Piriyev VİDEO

SİYASƏT

18 Dekabr 2020 12:22

Oxunma sayi: 1104
Düşməni susdurmaq üçün canından keçən Elşən Piriyev   VİDEO

Düşmənin atəş nöqtəsini susdurmaq üçün canından keçib...

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Ağstafanın Kolxəlfəli kəndindən olan kiçik çavuş Elşən Piriyev müharibənin ilk günündən döyüşlərə qatılıb.

Uzun müddət Qazaxda düşmənlə üzbəüz xidmət aparan Elşən döyüşlər başlamazdan əvvəl ailəsi ilə görüşə gəlib. Sanki şəhid olacağını hiss edirmiş kimi ailəsini atasına əmanət edərək döyüşə yollanıb.

Elşən hər zaman düşmənə nifrəti, torpağa və bayrağa sevgisi ilə seçilib. Hərbçi olmağına səbəb də məhz bu hisslər olub. Elşən müxtəlif istiqamətlərdəki döyüşlərdə iştirak edib.

Oktyabrın 1-də düşmən Murovdağ istiqamətindəki mövqelərimizi güclü atəşə tutub. Həmin vaxt Elşən düşmən qüvvələrini susdurmaq üçün fədakarcasına irəli atılıb və döyüşdə şəhid olub.

Şəhidimizin Həsən və Zeynəb adlı iki övladı əmanət qalıb. Balaca Zeynəb atasının şəkilini yerə qoymur. Həsən isə atasının ona verdiyi sözü yerinə yetirmək üçün evə gələcəyini gözləyir.

Şəhid Elşən Piriyev Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir: 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!