Düşmənin 527 ci alayının taboru döyüşdən imtina etdi

SİYASƏT

18 Oktyabr 2020 20:15

Oxunma sayi: 700
Düşmənin 527   ci alayının taboru döyüşdən imtina etdi

Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir.

 

Müdafiə Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir.

 

Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat baxımından çətinlik çəkən tabor müdafiə zolağını tam bağlaya bilmir. Bu səbəbdən də taborun şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!