Düşmənin çox sayda hərbi texnikası məhv edildi SİYAHI

SİYASƏT

13 Oktyabr 2020 10:13

Oxunma sayi: 749
Düşmənin çox sayda hərbi texnikası məhv edildi   SİYAHI

Oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan ordusu tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və müxtəlif növ hərbi texnikası məhv edilib. 

 

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin üç ədəd BM-21 “Qrad” YARS, bir ədəd “Tor-M2KM” ZRK, bir ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, iki ədəd PDM-2, üç ədəd 2А36 “Qiasint-B” topu, bir ədəd KS-19 zenit topu, bir ədəd D-20 haubitsa topu, üç ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!