Düşmənin işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət qrupu məhv edildi

SİYASƏT

13 Oktyabr 2020 11:47

Oxunma sayi: 1629
Düşmənin işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət qrupu məhv edildi

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

 

Əldə olunan məlumata əsasən, Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

 

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.


Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!