Düşmənin məhv edilən döyüş texnikasının siyahısı VİDEO

SİYASƏT

01 Oktyabr 2020 00:27

Oxunma sayi: 990
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı   VİDEO

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

  -   200-dək tank və digər zirehli texnika;

  -   228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

  -   30 ədəd hava hücumundan müdafiə vasitələri;

  -   6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

  -   5 silah-sursat anbarı;

  -   110-dan artıq avtomobil texnikası;

  -   1 ədəd “S-300” zenit-raket kompleksi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!