Düşmənin qorxulu röyası olan şəhid Ruslan Bayramov VİDEO

SİYASƏT

21 Dekabr 2020 10:30

Oxunma sayi: 1019
Düşmənin qorxulu röyası olan şəhid Ruslan Bayramov   VİDEO

Şəhid, baş leytenant Ruslan Bayramov düşmənin qorxulu röyası olan qəhrəmanlarımızdandır.

 

Quba rayonunun Əlibəyqışlaq kəndindən olan R.Bayramov tək başına düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb.

Şəhidin atası Azər Bayramov bildirir ki, Ruslanın döyüş yoldaşları onun Hadrut və Xocavənd ətrafındakı yüksəkliklərin ələ keçirilməsində böyük şücaəti olduğunu deyiblər:

“Ən son isə o, Şuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Elə bu döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub”. 

Ailə üzvləri deyir ki, R.Bayramov öz istəyi ilə hərb sənətini seçib və bu istiqamətdə təhsil alıb. 

Qeyd edək ki, R.Bayramovun qardaşı hazırda hərbi xidmətdədir. Qəhrəmanımızın üzünü belə görmədiyi bir qız övladı var. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!