“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” RƏSMİ

SİYASƏT

14 Oktyabr 2020 17:48

Oxunma sayi: 1158
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi”   RƏSMİ

“Azərbaycan Ermənistanla sərhədyanı dövlətdir. Ermənistan silahlı qüvvəlləri şəhərlərimizə zərbələr endirirlər”.

 

Bunu Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi:

“O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən “Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!