Düşmənin təxribatları nəticəsində ölən mülki əhalinin sayı 43 ə çatdı

SİYASƏT

15 Oktyabr 2020 12:00

Oxunma sayi: 1017
Düşmənin təxribatları nəticəsində     ölən mülki əhalinin sayı 43   ə çatdı

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 43 mülki şəxs həyatını itirib.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 218 dinc sakin yaralanıb.

“1592 yaşayış evi, 290 mülki obyekt və 79 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!