Əcnəbi jurnalistlər Xankəndidən çıxırlar

SİYASƏT

05 Oktyabr 2020 12:39

Oxunma sayi: 921
Əcnəbi jurnalistlər Xankəndidən çıxırlar

Xarici jurnalistlər Dağlıq Qarabağda Xankəndidən çıxırlar.

 

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilib ki, çəkiliş qruplarının əksəriyyəti taksi və ya avtobuslarla Qarabağ ərazisini tərk edirlər.

Onların Gorus şəhərinə yerləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi əcnəbi jurnalistlərə müraciət edərək Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyə, beləliklə, Ermənistanın onları istismar etməsinə imkan verməməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətdən istifadəsini təbliğ etməkdən çəkinməyə çağırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!