Ədliyyə Nazirliyi Saakaşvilinin şərtlərinə cavab verdi

SİYASƏT

12 Noyabr 2021 12:25

Oxunma sayi: 247
Ədliyyə Nazirliyi Saakaşvilinin şərtlərinə cavab verdi

Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçmiş Prezident Mixail Saakaşvilinin aclıq aksiyasını dayandırmağa hazır olmasından məmnunluğunu bildirib.

Azmedia.Az-ın “Sputnik Gürcüstan”a istinadən xəbərinə görə, Breqadze bildirib ki, Saakaşvili bunu hər hansı şərt olmadan etməlidir.

“Avropa məhkəməsi Saakaşvilini aclığı dayandırmağa çağırıb. O, razı olarsa və aclıq aksiyasını hər hansı şərt olmadan dayandırarsa, biz şad olarıq. Nəyə görə bu şəxs özəl klinikaya köçürülməlidir? Kimsə mənə cavab verə bilər?”, - deyə Qreqadze “Rustavi 2” telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, Avropa məhkəməsi noyabrın 10-u Gürcüstan rəhbərliyini Mixail Saakaşvilinin təhlükəsizliyini və adekvat müalicəsini təmin etməyə və məhkəməni onun vəziyyəti ilə bağlı məlumatlandırmağa çağırıb. Bununla yanaşı, məhkəmə Saakaşvilini aclıq aksiyasını dayandırmağa səsləyib. 

Saakaşvili isə öz növbəsində bildirib ki, həbsxana xəstəxanasından çox funksiyalı mülki klinikaya köçürülərsə, aclıq aksiyasını dayandırmağa hazırdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!