Əfqanıstan BMT Baş Assambleyasında çıxış etməkdən imtina etdi

SİYASƏT

28 Sentyabr 2021 09:12

Oxunma sayi: 336
Əfqanıstan BMT Baş Assambleyasında çıxış etməkdən  imtina etdi

Əfqanıstanın BMT yanında daimi nümayəndəliyi Baş Assambleyanın yüksək səviyyəli ümumi müzakirələrinin plenar iclaslarına qatılmayacağını bəyan edib.

Azmedia.Az xəbər verir ki, bu barədə BMT Baş Assambleyası sədrinin nümayəndəsi Monika Qreyli məlumat yayıb.

BMT rəsmisi bildirib ki, üzv ölkə Baş Assambleyanın İdarə Heyətini ümumi müzakirələrə qatılmaqdan imtina etmələri ilə bağlı məlumatlandırıb.  

Daha əvvəl isə Əfqanıstanın adı BMT Baş Assambleyası sessiyasının yüksək səviyyəli həftəsinin son günündə çıxış edən ölkələr siyahısından yoxa çıxmışdı.

Mənbə: “RİA Novosti”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!