Əfqanıstanın vitse prezidenti “Taliban”la danışıqlara hazırlaşır

SİYASƏT

06 Sentyabr 2021 13:32

Oxunma sayi: 131
Əfqanıstanın vitse   prezidenti “Taliban”la danışıqlara hazırlaşır

Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Düşənbəyə səfər edib.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı Kabildəki bir mənbəyə istinadən “RİA Novosti” yayıb.

Məlumata əsasən, Əmrullah Saleh Tacikistana qısa müddətli səfər edib. Qeyd olunur ki, səfərin məqsədi “Taliban”la mümkün danışıqlar üçün platformanın təmin edilməsi ilə bağlı danışıqlar aparmaqdır.

Mənbənin sözlərinə görə, Saleh daim Pəncşirdəki müqavimət qüvvələrinin liderlərinin yanında olur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!