Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Yaxın iki gün ərzində...

ÖLKƏ

29 Mart 2024 16:04

Oxunma sayi: 795
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ -  Yaxın iki gün ərzində...

Martın 29-u günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

AzmediA.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

"Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!