Elgiz canlı yayımda göz yaşlarını saxlaya bilmədi: “Xəstəxanada olarkən halallaşmışdıq“- VİDEO

ŞOU BİZNES

21 Aprel 2024 14:54

Oxunma sayi: 2264
Elgiz canlı yayımda göz yaşlarını saxlaya bilmədi:  “Xəstəxanada olarkən halallaşmışdıq“- VİDEO

Aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində mərhum sənətçi Cavanşir Məmmədovla bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib.

Azmedia.Az xəbər verir ki, aparıcı xəstəxanada olduqları müddət ərzində biri-birinə halallıq verdiklərini bildirib:

"Üç gün sonra zəng eləmişdi, soruşdu ki, vəziyyət necədir? Dedim, çox pisəm, nəfəs ala bilmirəm. Cavab verdi ki, "Mən də o vəziyyətdəyəm, gəl, halallaşaq". Soruşdum ki, sizə nə böyük yaxşılığım dəyib ki, halallaşaq? Siz mənə halallıq verin ki, toyumda 25 nəfərlik ansamblla iştirak etmişdiniz, bir qəpik də məndən pul almadınız, hələ toyuma pul da yazdırdınız. Mən sizdən halallıq istəyirəm. Dedi ki, "Nə danışırsan? 20 ildir televiziyadasan, həmişə məni verilişlərinə dəvət etmisən. Sağ qalsaq, bunu qeyd edərik". Allahın bizə yazığı gəldi, sağ qaldıq. Amma bu gün Cavanşir müəllimi itirdik, demək ki, iki il ömrü qalıbmış".

Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!