Əli Əhmədov: “Azərbaycan cəmiyyəti bütövlükdə İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir“

SİYASƏT

09 Dekabr 2019 09:42

Oxunma sayi: 549
Əli Əhmədov: “Azərbaycan cəmiyyəti bütövlükdə İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir“

Azmedia.az Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun növbədənkənar parlament seçkiləri ilə bağlı Trend-ə müsahibəsini təqdim edir:

 

- Əli müəllim, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar Azərbaycanın siyasi həyatına bir canlanma gətirdi. Bu seçkiləri zəruri edən səbəblər haqqında danışmağınızı istərdik.

 

- Azərbaycanda son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi və genişmiqyaslı islahatlar strategiyası həyata keçirilməkdədir. Əslində, bu, Azərbaycanda bir neçə il əvvəl başlanılan iqtisadi islahatların davamı kimi də qiymətləndirilə bilər. Aparılan islahatlar nəticəsində Azərbaycanda bütün sferalarda ciddi dəyişikliklərin, ən başlıcası isə yeniləşmənin həyata keçirilməsi nəzərdə tutulur.

 

Doğrudur, uzun müddətdir həyata keçirilən Heydər Əliyev siyasəti nəticəsində yeni bir Azərbaycan formalaşıb, iqtisadiyyatı inkişaf edib və digər güclü dövlətçilik parametrləri müəyyənləşib. Eyni zamanda, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, həyat daim inkişaf edir və bu inkişafın qarşıya qoyduğu vəzifələr də Azərbaycanın yenidən islahatlara getməsini, müasirləşməsini tələb edir. Buna müvafiq olaraq da artıq genişmiqyaslı, həyatımızın bir çox sahələrini əhatə edən islahatlara başlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!