Əli Əsədov: “Bakı İrəvandan öhdəliklərin yerinə yetirilməsini gözləyir”

SİYASƏT

20 May 2022 19:05

Oxunma sayi: 476
Əli Əsədov:  “Bakı İrəvandan öhdəliklərin yerinə yetirilməsini gözləyir”

Bakı İrəvanın Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikası liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirəcəyini gözləyir.

Bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB ölkələrinin hökumət başçılarının iclasında deyib.

“Üçtərəfli işçi qrupları çərçivəsində keçirilən görüşlərə baxmayaraq, üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq nəzərdə tutulduğu kimi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında heç bir irəliləyiş yoxdur”, - deyə o bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!