Əli Əsədov Qazaxıstanın Baş Nazirinə başsağlığı verdi

SİYASƏT

27 Dekabr 2019 16:18

Oxunma sayi: 233
Əli Əsədov Qazaxıstanın Baş Nazirinə başsağlığı verdi

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş Naziri Əskər Maminə başsağlığı məktubu göndərib.

 

Azmedia.az Teleqraf.com-un məlumatına esasen, məktubda deyilir:

 

“Hörmətli Əskər Uzakpayeviç, Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqda xəbərdən olduqca kədərləndim.

 

Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!