Əli Həsənov danışdı: “Hər ay pensiyamdan fonda pul köçürməyə hazıram“

SİYASƏT

27 Dekabr 2019 12:50

Oxunma sayi: 243
Əli Həsənov danışdı: “Hər ay pensiyamdan fonda pul köçürməyə hazıram“

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın tərkibində xüsusi fond yaradıla bilər.

 

Azmedia.az Teleqraf.com-a bildirir ki,  Bunu Baş nazirin sabiq müavini Əli Həsənov “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın 1 illik fəaliyyətinin yekunları ilə bağlı hesabat tədbirində deyib.

 

O, icmanın aktiv fəaliyyət göstərdiyini qeyd edib.

 

Ə.Həsənov işlərin daha da genişləndirilməsi üçün “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın təkbində fond yaradılmasını təklif edib: "Şəxsən mən özüm hər ay pensiyamdan bu fonda 200 manat pul köçürməyə hazıram. Həmçinin, imkanlı şəxslər də bu fonda vəsait ayırmalı, yardım etməlidirlər. Bu, ümummilli işdir. İcma beynəlxalq konfranslara getmək üçün başqa yerdən vəsait axtarmamalıdır, özlərinin vəsaitləri olmalıdır".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!