Əli Həsənov Dubayda: Bahalı istirahət mərkəzində səhər yeməyi — FOTO/VİDEO

SİYASƏT

15 Sentyabr 2020 13:49

Oxunma sayi: 353
Əli Həsənov Dubayda:       Bahalı istirahət mərkəzində səhər yeməyi — FOTO/VİDEO

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntülənib.

Xatırladaq ki, Əli Həsənov bir neçə gün öncə "Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsində müalicə aldığını bildirmişdi. Son məlumata görə isə Əli Həsənov artıq Türkiyəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Azmedia.Az xəbər verir ki , Sfera.Az Dubaydakı mənbələrdən əldə etdiyi məlumata görə Əli Həsənov Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W oteldə səhər yeməyində görüntülənib.

Maraqlıdır, Türkiyə dövlətinin rəsmi qəzeti olan "Türkiyə qəzeti"nin Əli Həsənovla bağlı FETÖ ilə işbirliyi faktlarını ortaya çıxandan sonra Dubaya edilən səfər təsadüfdürmü?

Qeyd edək ki, W oteli bütün dünyadan zəngin insanların yaşadığı və dincəldiyi Palm Jumeirah bölgəsində yerləşir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!