Əli Nağıyev Şuşada açılış etdi

SİYASƏT

22 Dekabr 2020 23:59

Oxunma sayi: 649
Əli Nağıyev Şuşada açılış etdi

Bu gün Qarabağın döyünən ürəyi olan Şuşa şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının açılışı baş tutub.
 
Azmedia.Az xəbər verir ki, rəsmi açılış mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib.

Açılış mərasimindən sonra Şuşa məscidi ziyarət olunmuşdur. Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramov və gənc xanəndə Mirələm Mirələmov Şuşa məscidində canlı olaraq Azan səsləndiriblər.

Rəsmi tədbirlərin sonunda Cıdır Düzündə 30 ildən sonra ilk dəfə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə əsgərlər üçün konsert proqramı keçirilib.

Şanlı ordumuzun əsgərləri qarşısında Azərbaycanın xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər. Konsertin aparıcısı "Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!