Əmlakçı Əliyev Şaiqlə MÜSAHİBƏ + FOTO

MÜSAHİBƏ

14 Dekabr 2021 10:03

Oxunma sayi: 363
Əmlakçı Əliyev Şaiqlə MÜSAHİBƏ + FOTO

Özünüz haqqında qısa məlumat verin.
Əliyev Şaiq Şahin oğlu. 1986-cı ildə Bakı şəhərində anadan olmuşam.
12 ildir əmlak sahəsindəyəm və işimi sevirem bundan çox məmnunam.

Uğur sizin üçün nədir?
Uğur tək pul qazanmaq deyil, əsas hörmət qazanmağı bacarmaq lazımdır.
 
Əmlakçı olmaq istəyi var idi, yoxsa sonradan bu istək yarandı? Hansı hadisə baş verdik ki, siz bu işə başlamağa qərar verdiniz?
Əmlakçı olmaq fikrim heç yox idi, 2009-cu ildə təsadüfən belə bir fürsət yarandı və bu sahədə addımlamağa başladım. Bu sahəni davam etdirdikcə daha çox sevməyə başladım çünki hər dəfə yeniliklərlə rastlaşırdım. Sənədləşmə mərhələsi isə mənim üçün ən maraqlı məqamlardan biridir. Öyrənmək üçün çox çalışdım və hələ də çalışıram onu da qeyd edim ki,  mən bunun üçün xaricdə xüsusi kurslar belə keçmişəm, eyni zamanda Azərbaycanda "Daşınmaz Əmlakın Qiymətləndirməsi" cəmiyyətindən sertifikat da almışam.

Peşəkar və qeyri-peşəkar əmlakçı deyəndə ilk ağlınıza nə gəlir?

Yaxşı insan olmaq lazımdır. Bu işdə uğurun əsas sirri budur deyərdim. (gülür)


Müştəriyə bir əmlakı satmağın üç qızıl qaydasını sadalaya bilərsiniz?
Müştəriyə əmlakı satmaq üçün ən birincisi düzgünlük, sənədləşmədə yaxşı təcrübə, müştəriyə pul gözü ilə yox, özün kimi baxmağı bacarmaqdır.

Uğur qazanmaq üçün durmadan işləmək lazımdır, işləmək üçün güc lazımdır, sizin enerji mənbəyiniz nədir?

Çox işləyənin pul qazanmağa vaxtı olmaz deyirlər, mən gəzməyi çox sevdiyim üçün hər  3-4 aydan bir hansısa xarici ölkədə 5-10 gün səyahət edirəm. Eyni zamanda işimin təkmilləşdirilməsinə zaman ayırıb, getdiyim ölkədəndən də işimlə bağlı bir çox maraqlı məlumatlar öyrənirəm və beləcə  enerjimi , gücümü bərpa edərək yenidən işimin başına dönürəm. Çox gəzən çox bilər. (gülür)

Uğur hekayənizi bir bina kimi inşa etsəydiniz təməli nə olardı?
Uğur hekayəm, yaxşı dostlarımdır. Ətrafımda olan insanlar mənə, məndə daima onlara dəstək oluram. Əsas uğur yaxşı, güclü, düzgün dostlar qazanmaqdır.

 
2021 -ci ili sizin üçün qazanclı hesab etmək olarmı ?
Mən hər anıma, hər dəqiqəmə şükür edən insanam.

Bu uğur yolunda ən çox kimin və ya kimlərin məsləhətlərindən yararlanmısınız?
Özümdən böyük və ya kiçik fərq etməz , hər kim ağıllı, yararlı məsləhət verirsə mütləq yararlanıram.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!