“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir FOTO/VİDEO

SİYASƏT

13 Aprel 2022 17:17

Oxunma sayi: 375
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir   FOTO/VİDEO

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular "Snayper müdafiədə", "Snayper hücumda" və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Yarış aprelin 15-dək davam edəcək.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!