Ərdoğan: “25 ildir ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir”

SİYASƏT

26 Fevral 2020 22:59

Oxunma sayi: 1293
Ərdoğan: “25 ildir ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir”

"Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanındayıq".

 

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Türkiyə Prezidenti bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqları azad edilməli, regionda sülh bərqərar olmalıdır.

 

Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Rusiya 25 ildir bu münaqişəni həll edə bilməyiblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!