Ərdoğan: “Azərbaycanın Müstəqillik Gününü göz qamaşdıran festivalla taclandırdıq“

SİYASƏT

01 İyun 2022 14:21

Oxunma sayi: 334
Ərdoğan:  “Azərbaycanın Müstəqillik Gününü göz qamaşdıran festivalla taclandırdıq“

“Artıq bir “Akınçı” məsafəsində olan can Azərbaycanda “Texnofest” festivalında azərbaycanlı qardaşlarımızın “Bir millət, iki dövlət, tək festival” şüarı ilə necə qucaqlaşdıqlarının şahidi olduq”.

Azmedia.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) ölkə parlamentindəki qrup toplantısında çıxışı zamanı deyib.

“Azərbaycanlı qardaşlarımızın 28 May - Müstəqillik Gününü hər mənada göz qamaşdıran texnologiya festivalı ilə taclandırdıq. Ankarada və İstanbulda həyata keçirdiyimiz müxtəlif layihələri isə saymıram", - o söyləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!