Ərdoğan Azərbaycanla bağlı MÜQAVİLƏNİ TƏSDİQLƏDİ Bundan sonra...

SİYASƏT

30 Yanvar 2021 19:00

Oxunma sayi: 583
Ərdoğan Azərbaycanla bağlı MÜQAVİLƏNİ TƏSDİQLƏDİ   Bundan sonra...

Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı olaraq yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəkləri ilə bağlı müqavilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənərək “Resmi Gazete”də yayımlanıb.
 

Hər iki qardaş ölkənin vətəndaşlarının qalma müddəti 90 gün müəyyən edilib.
 

Qeyd edək ki, 2020-ci ilin 10 dekabr tarixində Azərbaycan və Türkiyə hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı protokol imzalanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!