Ərdoğan Baydenlə görüş yerini açıqladı

SİYASƏT

27 Oktyabr 2021 14:28

Oxunma sayi: 244
Ərdoğan Baydenlə görüş yerini açıqladı

“Böyük ehtimalla ABŞ Prezidenti Co Baydenlə görüşümüz Romada deyil, Qlazqoda olacaq”.

Azmedia.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Ərdoğanın sözlərinə görə, görüşdə müzakirə ediləcək ən əsas mövzu “F-25” qırıcıları olacaq. 

““F-35” ilə əlaqədar olaraq bizim 1 milyard 400 milyon dollarlıq ödəməmiz var. Bu ödənişlə bağlı təbii ki, onun bizə geri ödəmə planının necə olacağını onlarla müzakirə etməliyik”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, daha əvvəl Ərdoğanla Bayden arasında görüşün oktyabrın 30-31-də Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacağı açıqlanmışdı.

Şotlandiyanın Qlazqo şəhərində isə noyabrın 1-12-sində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı (COP26) keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!