Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

SİYASƏT

12 Oktyabr 2021 09:58

Oxunma sayi: 232
Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsi çərçivəsində amerikalı həmkarı Co Baydenlə keçiriləcək görüşdə müzakirə mövzuları bəlli olub.

Azmedia.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın danışıb.

“İkitərəfli siyasi və iqtisadi münasibətlər, enerji, təhlükəsizlik, terrorla mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq, həmçinin digər regional və qlobal mövzular müzakirə olunacaq”, - deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, gündəmdə dayanan əsas məsələlərdən biri də ölkələr arasındakı ticarət həcminin artırılması olacaq.

Mənbə: Hürriyet

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!