Ərdoğan Consonla Ukraynanı müzakirə etdi

SİYASƏT

21 İyun 2022 18:13

Oxunma sayi: 339
Ərdoğan Consonla Ukraynanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Azmedia.Az “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflər söhbət zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq başda olmaqla, iki ölkə arasındakı münasibətlər, eləcə də Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Bununla yanaşı, Ərdoğan Ukrayna limanlarında qalan taxılın təhlükəsiz bir şəkildə ölkədən çıxarılması üçün mütləq həll yolunun tapılmalı olduğunu vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!