Ərdoğan: “Ermənistanın hücumları zamanı qardaşlarımızı yalnız qoymadıq”

SİYASƏT

21 İyul 2020 17:04

Oxunma sayi: 584
Ərdoğan:         “Ermənistanın hücumları zamanı qardaşlarımızı yalnız qoymadıq”

“Türkiyə sərhədlərinin təhlükəsizliyi naminə apardığı əməliyyatlarda, atdığı bütün addımlarda və ölkə daxilində qəbul etdiyi qərarlarda milli suverenlik haqlarını istifadə edir”.

 

Azmedia.az xarici mətbuata istinadən xəbər veriir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Heç kimin haqqına göz dikməyən, ancaq öz haqqını da sökə-sökə alan bir ölkə olmaqda davam edəcəyik.

 

İstər ölkəmizin daxilində, istərsə də xaricində, istər İraqın şimalında, Suriyanın şimalında, Liviyada, azərbaycanlı qardaşlarımıza qarşı Ermənistanın etdiyi hücumlarda heç vaxt onları yalnız qoymadıq, qoymarıq”, - deyə Türkiyə Prezidenti bildirib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!