Ərdoğan Qarabağla bağlı Makrona səsləndi: “Bunu heç Paşinyan...“

SİYASƏT

10 Dekabr 2020 21:00

Oxunma sayi: 634
Ərdoğan Qarabağla bağlı Makrona səsləndi:     “Bunu heç Paşinyan...“

Rəhbərlik çox önəmlidir. Yəni durub Qarabağı öz parlamentindən keçirdiyin qərarla “bura artıq dövlətdir və biz buranı bu şəkildə tanıdıq” demə haqqına sahib deyilsən. Bunu heç Paşinyan belə qəbul etməyib. Sən isə durub Makron olaraq bunu parlamentdən keçirməyə meyillənirsən.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən birgə mətbuat konfransında söyləyib.

“Demək ki, hələ siyasəti öyrənə bilməyib. Dövlət idarəçiliyini də anlaya bilməyib. Harda nə, necə olur bilmir. Sabah, bəlkə, mənə əsəbiləşəcək, bəlkə də elə bu axşam əsəbiləşəcək. Bu, başqa mövzudur. Ancaq belə olsa da, biz haqqı söyləməliyik”, - o qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!