Ərdoğan: “Rusiyanın “Zəngəzur dəhlizi” layihəsini gecikdirəcəyini düşünmürəm”

SİYASƏT

17 İyun 2021 15:15

Oxunma sayi: 139
Ərdoğan:     “Rusiyanın “Zəngəzur dəhlizi” layihəsini gecikdirəcəyini düşünmürəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda jurnalistlərə verdiyi açıqlamada Zəngəzur dəhlizi məsələsinə toxunub.

Azmedia.Az xəbər verir ki, bu barədə “Hurriyet” nəşri məlumat yayıb.

Türkiyə Prezidenti qeyd edib ki, Rusiyanın “Zəngəzur dəhlizi” layihəsini gecikdirmək niyyətində olduğunu düşünmür.

“Əksinə, Rusiya bu layihəyə dəstək vermək niyyətindədir. Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşümüz də olacaq. Bu platformada Rusiya, Türkiyə, Azərbaycan və İranın adı var. İstərdik ki, Gürcüstan və Ermənistan da bu platformada yer alsın”  - deyə R.T.Ərdoğan vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!