Ərdoğan: “Türk Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”

SİYASƏT

01 Noyabr 2021 14:45

Oxunma sayi: 247
Ərdoğan: “Türk Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”

“Türk Şurası birlik və bərabərlik simvollarından biridir”.

Azmedia.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının Bakıda keçirilən ilk iclasının iştirakçılarına ünvanladığı videomüraciətdə deyib.

Türkiyə Prezidenti 12 il əvvəl yaradılan Türk Şurasının qlobal nüfuzunun getdikcə artdığını vurğulayıb.

“Şuramızla əməkdaşlıq etmək və Şuramıza müşahidəçi qismində qatılmaq istəyini dilə gətirən ölkələrin sayı gündən-günə artır. Ölkələrimiz bir tərəfdən çoxmillətli platformalarda öz vətəndaşlarının haqq və mənafelərini müdafiə edərkən, digər tərəfdən də türk dünyasını bir araya gətirən yeganə təşkilat olan Türk Şurasında həmrəyliklərini gücləndirirlər. Xüsusilə də, son illərdir şahid olduğum hadisələr, ticarətdən nəqliyyata, müdafiədən səhiyyəyə qədər hər sahədə yeni əməkdaşlıq yollarını inkişaf etdirməyimizin bizim üçün ehtiyacdan daha çox məcburiyyət olduğunu göstərib.

Terrorizm, qanunsuz miqrasiya, sərhədləri aşan cinayət kimi bizə və vətəndaşlarımıza birbaşa təsir göstərən təhdidlərin artdığı bir zamanda prokurorluq orqanlarımızın yeni dialoq platformaları yaratmağına böyük əhəmiyyət veririk”, - deyə Ərdoğan əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!