Ərdoğan Ukraynaya gedib FOTO

SİYASƏT

03 Fevral 2022 15:45

Oxunma sayi: 285
Ərdoğan Ukraynaya gedib   FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə rəsmi danışıqlar aparmaq üçün Kiyevə gedib.

 

Borispol hava limanında səlahiyyətlilər tərəfindən qarşılanan Ərdoğan və onu müşayiət edən həyat yoldaşı Əminə Ərdoğan xüsusi çörəyə qonaq edilib.

Türkiyə lideri rəsmi səfəri çərçivəsində Naməlum Əsgər abidəsi önünə əklil qoyacaq və Marinski sarayında rəsmi qarşılanma mərasimindən sonra Zelenski ilə təkbətək görüşəcək.

Daha sonra Ərdoğan Yüksək Səviyyəli Strateji Şuranın Onuncu Toplantısına qatılacaq. Görüşdən sonra sazişlərin imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!