Ərdoğan və Conson Ukraynanı müzakirə ediblər

SİYASƏT

22 İyun 2022 15:00

Oxunma sayi: 232
Ərdoğan və Conson Ukraynanı müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Azmedia.Az bildirir ki, telefon danışığı zamanı Türkiyə-Britaniya əməkdaşlığının vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmsöhbətlər müdafiə sənayesində əməkdaşlıq mövzusuna diqqət ayırıblar.

Regional proseslər, o cümlədən Ukraynadakı hadisələr müzakirə edilib. R.T.Ərdoğan taxılın Ukrayna limanlarından təhlükəsiz ixracı məsələsinin həllinin vacibliyini vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!