Ərdoğan və həyat yoldaşı koronavirusa yoluxdular FOTO

SİYASƏT

05 Fevral 2022 20:30

Oxunma sayi: 264
Ərdoğan və həyat yoldaşı koronavirusa yoluxdular   FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus testinin cavabının müsbət çıxdığını açıqlayıb.

“Bu gün yüngül simptomlara görə həyat yoldaşımla verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb”, - deyə o bildirib.

Dövlət başçısı koronavirusun “Omikron” ştammına yoluxduqlarını qeyd edərək, xəstəliyi yüngül keçirdiklərini vurğulayıb.

“Vəzifəmizin başındayıq, işimizə evdən davam edəcəyik. Dualarınızı gözləyirik”, - deyə Türkiyə prezidenti müraciətində bildirib.

 

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!