Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər

SİYASƏT

27 İyul 2020 22:12

Oxunma sayi: 1088
Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

 

Azmedia.az “Haber Global"-a istinadən xəbər verir ki, telefon danışığı zamanı ölkə başçıları Türkiyə - Rusiya əlaqələrini möhkəmləndirəcək addımları dəyərləndiriblər.

 

Həmçinin Azərbaycan – Ermənistan sərhədində baş verən hadisələr, eyni zamanda Suriya və Liviya başda olmaqla, bölgədəki hadisələr müzakirə edilib.

 

R.T. Ərdoğan və V. Putin iki dövlət arasındakı əlaqələr və bölgədəki hadisələr haqqında iş birliyi və dialoqun davam etdirilməsi məsələsində həmfikir olublar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!