Ərdoğan yenidən Putin və Zelenski ilə danışacaq

SİYASƏT

19 Aprel 2022 16:00

Oxunma sayi: 135
Ərdoğan yenidən Putin və Zelenski ilə danışacaq

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə telefonla danışmağı planlaşdırır”.

Azmedia.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ukraynada dayanıqlı atəşkəsə nail olmaqla bağlı səylərimizi davam etdiririk. Cənab Ərdoğan liderlərlə telefon danışıqları planlaşdırır, mən də, həmçinin həmkarlarım ilə fəal olaraq danışıqlar aparıram”, - deyə Çavuşoğlu söyləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!