Ərdoğan Zelenski ilə Donetsk və Luqanskı müzakirə etdi FOTO

SİYASƏT

22 Fevral 2022 19:15

Oxunma sayi: 347
Ərdoğan Zelenski ilə Donetsk və Luqanskı müzakirə etdi   FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Ukrayna lideri özünün “Twitter” hesabında məlumat paylaşıb.

Paylaşımdan aydın olur ki, iki lider Rusiyanın Donetsk və Luqanskı tanımaq qərarını müzakirə ediblər.

“Rusiyanın təxribatçı qərarı qarşısında Ukraynanın mövqeyini dəstəklədiyinə görə, Türkiyə hökumətinə minnətdarlığını bildirirəm”, - deyə Zelenski bildirib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!