Ərdoğandan İsraillə münasibətlər barədə açıqlama

SİYASƏT

08 Dekabr 2021 16:28

Oxunma sayi: 269
Ərdoğandan İsraillə münasibətlər barədə açıqlama

“Xarici işlər nazirimiz, kəşfiyyat Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərimizdə fəal rol oynayacaqlar. Niyə belə bir proses İsraillə bağlı da olmasın?”

Azmedia.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Türkiyə münasibətləri barədə danışarkən deyib.

Türkiyə Prezidenti keçmişdə İsrail ilə danışıqlarının olduğunu bildirib: “Bu məqamda İsrailin bölgədə Fələstin siyasəti üzərində daha həssas davranması lazımdır. İsrail Qüds və Məscidül-Əqsa mövzusunda həssas olmalıdır. Buradakı həssaslıqları görsək, biz də əlimizdən gələni edər, addımlarımızı atarıq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!