Ərdoğanın Azərbaycana səfərinin tarixi bilindi

SİYASƏT

21 Fevral 2020 11:30

Oxunma sayi: 839
Ərdoğanın Azərbaycana səfərinin tarixi bilindi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix bəlli olub.

 

Azmedia.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın danışıb.

 

Onun sözlərinə görə, prezident R.T.Ərdoğanın Azərbaycana səfəri fevralın 25-də baş tutacaq.

 

Ölkəmizə bir günlük səfər edəcək R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!