Ərdoğanın generallarla 6 saatlıq müzakirəsi – Qərar açıqlandı

SİYASƏT

28 Fevral 2020 13:53

Oxunma sayi: 859
Ərdoğanın generallarla 6 saatlıq müzakirəsi –     Qərar açıqlandı

Ərdoğanın generallarla 6 saatlıq müzakirəsi – Qərar açıqlandı

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Təhlükəsizlik Zirvəsində Əsəd rejiminə qarşılıq verilməsi ilə bağlı qərar qəbul edilib.

 

Azmedia.az  axar.az-a  istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.

 

“Hava və qurudan rejimin bilinən bütün hədəfləri atəş altına alınıb. Əməliyyatlar davam edir”, - F.Altun bildirib.

 

Qeyd edək ki, ötən gecə Suriya ordusunun hücumundan və 33 türk əsgərinin şəhid olmasının dərhal ardından Türkiyə lideri Ərdoğan Hulusi Akar və ordu generallarının iştirakı ilə təcili toplantı keçirmişdi.

 

 


 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!