Ərdoğanın sədrliyi ilə sərhəddəki vəziyyət müzakirə ediləcək

SİYASƏT

22 Noyabr 2021 11:06

Oxunma sayi: 230
Ərdoğanın sədrliyi ilə sərhəddəki vəziyyət müzakirə ediləcək

Bu gün Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Azmedia.Az “TRT Haber”ə istinadən xəbər verir ki, Beştəpə iqamətgahında keçiriləcək iclasda ölkənin daxili və xarici siyasətinə aid bir sıra məsələlər müzakirə ediləcək.

İclasda Liviya, Suriya və Şərqi Aralıq dənizindəki son vəziyyət, həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən ən son hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Ərdoğan iclasdan sonra mətbuat konfransı keçirəcək və qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!