Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan Ermənistan münasibətlərini müzakirə etdi

SİYASƏT

11 Yanvar 2022 04:14

Oxunma sayi: 314
Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan   Ermənistan münasibətlərini müzakirə etdi

Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi regionun sabitliyinə və rifahına töhfə verir.

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla telefon danışığı zamanı deyib.

Söhbət zamanı Türkiyənin Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu qətiyyətlə davam etdirdiyi vurğulanıb.

Eyni zamanda, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı son vəziyyət müzakirə edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!