Ərdoğanla Merkel arasında telefon danışığı oldu

SİYASƏT

13 Avqust 2020 19:06

Oxunma sayi: 306
Ərdoğanla Merkel arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub. Azmedia.az “anadolu”-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.

 

Tərəflər şərqi Aralıq dənizi regionundakı vəziyyəti müzakirə ediblər.

 

"Türkiyə Şərqi Aralıq dənizi probleminin beynəlxalq hüquq normaları əsasında dialoq yolu ilə həllinin tərəfdarıdır", - Ərdoğan deyib.

 

Danışıqlar zamanı Türkiyə-Almaniya münasibətlərinin inkişafı istiqamətində atılan addımlar da müzakirə olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!